Xəbər lenti

Rusiyada göyərtəsində 20 nəfərin olduğu helikopter qəzaya uğradı: Ölənlər var
Dünya05:54 14.03.2024

Rusiyada göyərtəsində 20 nəfərin olduğu helikopter qəzaya uğradı: Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Maqadan vilayətində göyərtəsində 20 nəfərin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb, azı 2 nəfər - digər məlumatlara görə, 1 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"İlkin məlumatlara görə, hadisəyə səbəb mühərrikin nasazlığı olub”, - Prokurorluqdan bildirilib.
Helikopter qəzası yerli vaxtla saat 11:05-də kənddən 75 km aralıda - Evensk, Severo-Evensk rayonu, Maqadan vilayətində baş verib.
"Dalnerechensk Avia" daşıyıcısının Mi-8-i qızıl mədəninin işçilərini daşıyıb və "Kvartsevi eniş yeri - Omsukçan hava limanı" marşrutu üzrə hərəkət edib.
Təyyarənin göyərtəsində 3-ü ekipaj üzvü olmaqla 20 nəfər olub.  
Rusiyanın Telegram kanalları bir və ya iki nəfərin öldüyünü yazır.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Ukraynaya qarşı açdığı qanlı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Rusiya Federasiyasında təyyarə qəzaları daha tez-tez baş verir. Bu, Rusiya Federasiyasının əvvəllər Qərb ölkələrindən idxal etdiyi lazımi hissələrin olmaması ilə izah edilib.
Xatırladaq ki, bir ay əvvəl Kareliyada Mi-8 helikopteri qəzaya uğramışdı. Martın 12-də Rusiya Federasiyasının İvanovo vilayətindəki Severnı hərbi aerodromunun yaxınlığında İl-76 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişin olub.
Alpər