Xəbər lenti

Rusiyada görünməmiş etiraz: On minlərlə xabarovsklu küçələrə axışdı (VİDEO)
Dünya09:00 25.07.2020

Rusiyada görünməmiş etiraz: On minlərlə xabarovsklu küçələrə axışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xabarovsk sakinləri keçmiş qubernator Sergey Furqala dəstək olaraq yenidən küçələrə axışıb. 
Qaynarinfo dvhab.ru portalına istinadən xəbər verir ki, mitinqlər və yürüşlər Vladivostok və Yujno-Saxalinskdə də keçirilir.
Müşahidəçilər və media meydanlara on minlərlə etirazçının çıxdığını bildirib.
Fəallar əllərində plakatlar və bayraqlar hərəkət edir, şüarlar səsləndirirlər: "Furqala azadlıq!", "Mən, biz, o, o - bütün ölkə Furgalın tərəfdarıdır!", 
"Xabarovskdakı ədalətli məhkəmə tələb edirik".
Etirazçılar hökumət binaları qarşısında da toplaşırlar. Uzaq Şərq sakinləri ardıcıl üçüncü şənbədir etiraz edirlər.
Xatırladaq ki, Furqal iyulun 9-da 2000-ci illərdə baş vermiş qətllər və sahibkarları öldürməyə cəhd ittihamı ilə saxlanılıb. Xabarovskda ona dəstək aksiyaları iyulun 11-də başlayıb, ən böyük aksiya 18 iyulda baş tutub - təxminən 50-80 min iştirakçı küçələrə çıxıb.. İyulun 20-də Furqal qubernator vəzifəsindən azad edilib; LDPR millət vəkili Mixail Deqtyaryev bölgənin müvəqqəti icra başçısı olub. O, tələblərə baxmayaraq etirazçıların qarşısına çıxmayıb. 
Alpər
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/TWQilc1xhhU" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">