Xəbər lenti

Rusiyada həkim göndərişi olmadan ultrasəs müayinəsi qadağan olundu
Dünya13:24 07.08.2023

Rusiyada həkim göndərişi olmadan ultrasəs müayinəsi qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Ali Məhkəməsi rusiyalılara tibbi göstəriş olmadan ultrasəs müayinəsindən keçməyi qadağan edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmənin rəsmi saytında dərc olunmuş məhkəmə aktının mətnindən məlum olub.
Bir pasiyent ultrasəs müayinəsi aparmaqdan imtina edən özəl klinikadan məhkəməyə şikayət edib. Oksana İvanova klinikaya ilk dəfə getdikdən 7-8 həftə sonra ultrasəs müayinəsindən keçməli imiş, lakin onun həkimi sənəddə hansı tibb müəssisəsini göstərəcəyini bilməyib.
İddiaçının sözlərinə görə, ultrasəs müayinəsinə göndəriş almaq tələbi onun hüquqlarını məhdudlaşdırır, prosedurun keçirildiyi yerin göstərilməsi tələbi isə xidmətlərin göstərilməsində rəqabəti məhdudlaşdırır.
Səhiyyə Nazirliyi məhkəməyə göndərdiyi yazılı etirazlarında qüvvədə olan qanun normalarının təhlükəsizlik prinsiplərindən qorunub saxlanılmasının vacibliyini qeyd edib. Nəticədə Ali Məhkəmə şöbənin tərəfini tutaraq xəstənin şikayətini təmin etməyib. Qərar qüvvəyə minib.
Alpər