Xəbər lenti

Rusiyada helikopter qəzaya uğradı
Dünya18:32 21.10.2016

Rusiyada helikopter qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Yamal-Nenets muxtar dairəsinin ərazisində, Urenqoy qəsəbəsinin yaxınlığında “Mi-8” təyyarəsi sərt eniş edib.

Virtualaz.org “MegaTyumen.ru” saytına istinadən xəbər verir ki, Krasnoyarsk diyarından Yamaldakı Yeni Uronqoy şəhərinə neftçiləri daşıyan helikopterin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

Ekipaj üzvlərinin bildirdiklərinə görə, helikopter hazırda havaya qalxmaq iqtidarında deyil, sərt eniş nəticəsində 3 nəfər xəsarət alıb.

Xilasedicilər helikopterin olduğu yerə yollanıblar.

Qaynarinfo.Az