Rusiyanın Zabaykalye diyarında hərbi hissədə baş verən silahlı insidentin bəzi təfərrüatları bəlli olub.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bir əsgərin xidmət yoldaşlarına atəş açması nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb. Ölənlər arasında çağırışçı əsgərlər var.
Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq 8 nəfərin ölümü ilə nəticələnən insidenti təsdiqləyib. Müdafiə nazirinin müavini, general-polkovnik Andrey Karpatoluvun rəhbərlik etdiyi komissiya hadisə yerinə yollanıb.
16.15
Rusiyada hərbi hissələrdən birində atışma olub.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, hadisə Zabaykalye diyarında qeydə alınıb.
Atışma zamanı ən azı 7 nəfərin həlak olub. Hadisənin səbəbləri açıqlanmır