Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev "Telegram"da yazıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb. Olay yerində yanğınsöndürmə və xilasedicilər işləyir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində təyyarənin iki pilotu həlak olub. Əhali arasında itki yoxdur.