Xəbər lenti

Rusiyada hərbi vəziyyət tətbiq olunacaq? – Peskov cavab verdi
Dünya11:12 11.05.2022

Rusiyada hərbi vəziyyət tətbiq olunacaq? – Peskov cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ilə bağlı vəziyyət fonunda Rusiya Federasiyası ərazisində və ya bəzi regionlarda hərbi vəziyyətin tətbiqi planlaşdırılmır.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib. 
"Xeyr, bu, planlarda yoxdur", - Peskov müvafiq suala cavab verib.
Bundan əlavə, Amerika tərəfinin Rusiya Federasiyasının uzanan münaqişəyə hazırlaşması ilə bağlı bəyanatlarını şərh edən Kreml sözçüsü Ukraynada "xüsusi əməliyyatın” plana uyğun getdiyini bildirib.
Bundan əvvəl ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Hayns Rusiya hakimiyyətinin Ukraynada uzun sürən münaqişəyə hazırlaşdığını və Donbasdan kənarda hədəflərə çatmağa ümid etdiyini bildirmişdi.
"Biz xüsusi hərbi əməliyyatın plana uyğun inkişaf etdiyini təkrarlayan və ən son təsdiqləyən prezidentin (Rusiya Vladimir Putinin) bəyanatlarına diqqət yetirməyi təklif edirik”, - Peskov bildirib.
Alpər