Dünya 16:49 11.08.2022

Rusiyada koronavirusun yeni variantı aşkar edildi

Rusiyada koronavirusun "Deltacron” adlı yeni variantı aşkar edilib - bu, "Omikron” və "Delta” ştamlarının hibrididir.

Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı genetik alim Dmitri Pruss RBC-yə bildirib.

Onun sözlərinə görə, "Delta” genomunun fraqmentləri olan viruslar çox nadir hala gəlib, çünki bu ştam praktiki olaraq yoxa çıxıb. "Lakin Sankt-Peterburqdan genomik məlumatların son araşdırmalarında məhz belə qeyri-adi hibrid viruslar aşkar edilib", - Pruss bildirib.

O aydınlaşdırıb ki, yeni ştamın ilk nümunələri iyulun əvvəlində Rusiya laboratoriyalarında peyda olub. Vaxt keçdikcə onların sayı ardıb, lakin bu günə qədər yeni variant geniş yayılmayıb. Eyni zamanda, "Deltakron” hələ başqa ölkələrdə aşkarlanmayıb, bu da onun rus mənşəli olduğunu göstərir.

Alim əlavə edib ki, yeni ştamın nə qədər təhlükəli olduğu və onun virusun digər variantlarını sıxışdırıb-sıxışdıra bilməyəcəyi hələ məlum deyil. "Rusiya tibb təşkilatlarına yeni ştamların izlənməsini artırmağı məsləhət görərdim”, – genetik alim deyib.

Nizami Bağırov