
Homoseksuallar Rusiya ordusunda xidmətdən azad oluna bilərlər.
“Qafqazinfo” Rusiya kİV-nə istinadən xəbər verir ki, Dövlət Dumasında qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsinin mümkünlüyü məsələsinə baxılacaq. Qanun qəbul olunarsa, o zaman homoseksuallar alternativ xidmət keçəcəklər.
Dövlət Dumasının Müdafiə Komitəsinin yaxın günlərdə “alternativ mülki xidmət” qanununda dəyişiklik edilməsi məsələsinə baxacağı gözlənilir.
Qaynar.info