Xəbər lenti

Rusiyada miqrantlarla bağlı qəribə qadağa
Dünya10:41 15.08.2016

Rusiyada miqrantlarla bağlı qəribə qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Novosibirsk əyalətində miqrantlara uşaqlarla işləmək və ictimai nəqliyyatı idarə etmək qadağan olunub. 

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar əyalət qubernatoru Vladimir Qorodetski tərəfindən imzalanıb.

Bu qərarla xaricilər üçün məktəblərdə, uşaq bağçalarında və yay düşərgələrində işləməyə məhdudiyyət tətbiq olunub. Onlar həmçinin taksi və avtobusları idarə edə, uşaq qidası istehsalat müəssisələrində işləyə, mineralların çıxarılması, ağac məmulatı ticarəti ilə məşğul  ola, mühasibat və katibə və tərcüməşi işləyə bilməzlər. 
Sənədə görə, işəgötürənlər sənəd qüvvəyə mindikdən sonra 3 ay ərzində miqrant işçilərindən imtina edə bilərlər.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Rusiyada hökumət əyalətlərə əmək miqrantlarının fəaliyyət göstərəcəkləri sahələri və onların sayını müəyyənləşdirmək hüququnu verib.

Qızılgül

Qaynarinfo.Az