Alman qəzeti Die Welt bildirib ki, Rusiyada canlı yayımda müharibəyə etiraz edən jurnalist Marina Ovsyannikovanı işə götürüb.
Qaynarinfo bu barədə "Alarabiya” saytına istinadən
xəbər verir.
Die Welt açıqlamasında bildirib ki, Marina indi Ukrayna və Rusiya daxil olmaqla müxtəlif yerlərdən xəbər verən müxbirdir.
O, qəzetə yazmaqla bərabər, onun TV versiyası üçün də çalışacaq.
Marina redaktor kimi çalışdığı "Birinci Kanalda” canlı yayımda əlində müharibəyə etiraz edən plakatla çıxmışdı.
Bundan sonra o saxlanılmış və 14 saat sorğu-sual edilmişdi. Həmçinin etiraza görə 280 dollar cərimələnmişdi.
Marina bildirib ki, Die Welt hal-hazırda Ukraynada cəsarətli insanların mərdliklə qoruduğu dəyər - azadlığa tərəfdardır.
Xatırladaq ki, Marina Ovsyannikova Fransa prezidenti Makronun Fransada sığınacaq almaq təklifini qəbul etməmiş və Rusiyada qalmaq istədiyini bildirmişdi.
Nurlan Hüseynov