Xəbər lenti

Rusiyada Nobel mükafatçısı Muratovun üzərinə qırmızı boya atdılar
Dünya19:04 07.04.2022

Rusiyada Nobel mükafatçısı Muratovun üzərinə qırmızı boya atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir nəfər naməlum şəxs Moskva-Samara qatarında "Novaya qazeta” nəşrinin baş redaktoru, Nobel mükafatçısı Dmitri Muratovun üstünə qırmızı rəngli boya töküb.
Qaynarinfo xəbər verir ki, bu barədə D.Muratov özü məlumat verib.
Onun dediklərinə görə, bir nəfər kupeyə daxil olaraq, baş redaktorun üstünə al rəngdə boya töküb. Həmin şəxs "Novaya qazeta” nəşrinin təsisçisi və baş redaktoruna: "Muratov, al, bizim oğlanların əvəzinə” , - deyə qışqırıb.
Qeyd edək ki, Dmitri Muratov həm də hüquq müdafiəçisidir və 2021-ci ildə Nobel Sülh mükafatına layiq görülüb. O və rəhbərlik etdiyi qəzet tənqidçi və müstəqil mövqeyi ilə seçilir.