Xəbər lenti

Rusiyada növbəti hərbi qiyam hazırlanır? - Ekspert
Dünya08:34 03.07.2023

Rusiyada növbəti hərbi qiyam hazırlanır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hərbçilər Putini devirmək üçün real rıçaqlara malik  deyillər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyada baş tutmayan "Vaqner” çevrilişinin ardınca hərbi qiyamın olması ehtimalını şərh edərkən deyib. 
Ü.Cəfərov vurğulayıb ki, nəzəri baxımdan hər şey mümkündür: ”Amma praktik cəhətdən Rusiyada hərbi çevriişin baş verməsi mümkünsüzdür. Çünki hazırda Rusiya hərbi elitasında qəbul etmək gücündə olan böyük nüfuz və avtoritetə malik şəxs yoxdur. Hərbi yolla Rusiyada dəyişikliyə nail olacaq real güc və imkana malik şəxslər gə mövcud deyil. Müdafiə naziri Şoyqu Putinə yaxın adamdır. Baş Qərargah rəisi Gerasimovun isə xarizması və imkanları geniş deyil. Patruşev, Narışkinin də təsir imkanları sıfır səviyyəsindədir. Putin son zamanlar qəbul etdiyi qərarlarla narahatlığını büruzə verib. Belə ki o, verdiyi qərarla vaxtilə cangüdəni olan, Rosqvardiyanın indiki rəhbəri, ordu-generalı Zolotovun dəstələrini tanklar, ağır zirehli texnikalarla təchiz edib. Bu qərar aydın məsələdir ki, yarana biləcək təhlükələrdən özünü sığortalanmaq məqsədi daşıyır. 16 ay müddətində Ukrayna məsələsində Kremlin yanlış addımlarına qarşı hərbçilər səslərini çıxararaq, müqavimət təşkil edə bilməyibsə, bundan sonra onların nəsə edəcəyi inandırıcı görünmür. Düzdür, Rusiyada Putinə qarşı çıxan kifayət qədər hərbçilər var. Onlar dəfələrlə müraciətlər yayaraq, Rusiyanın apardığı müharibəyə qarşı çıxıblar. Amma bütün hallarda onlar da lazım olan dəstəyi ala bilməyiblər. Hazırkı şəraitdə Rusiyadakı hərbçilər Putini devirmək üçün real rıçaqlara malik deyillər”. 
Qeyd edək ki, bir sıra ekspertlər Rusiyada ordunun siyasətə təsirinin artdığını bəyan edirlər. Onların  fikrincə, hətta "Vaqner” qiyamının arxasında dayanan qüvvələr məhz ordu generalları olub. Bu  fonda da bir çoxları düşünür ki, Rusiyada baş verəcək növbəti qiyam generalların qiyamı olacaq. 
Rüfət Sultan