Xəbər lenti

Rusiyada pişik evi yandırdı
Dünya14:00 25.01.2019

Rusiyada pişik evi yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Krasnodar şəhərində pişik yanğına səbəb olub.
Qaynarinfo xəbər verir ki, Zipovskaya küçəsində yerləşən hündür mərtəbəli binada gecə saatlarında yanğın baş verib. Hadisə yerinə gələn yanğın söndürənlər yanğın başlayan evdə yaralı pişik tapıblar. Dərhal müalicəsinə başlanılan pişiyin vəziyyətinin normal olduğu və sahibinə qaytarılacağı bildirilib. 
Yanğınsöndürənlərin ilkin tədqiqatına görə hadisə evdəki tək canlı tərəfindən törədilib. Adətən qızdırıcının yanında yatan pişik düyməyə basıb. Daha sonra qızdırıcı işə düşüb, üzərindəki təmizlik bezlərini alışdırıb və yanğın bütün evə yayılıb. 
Hadisə pişik tərəfindən törədildiyi üçün istintaq prosesinə start verilməyib.
Gülşən