Xəbər lenti

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlandı
Dünya09:26 23.03.2018

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada 18 martda keçirilən prezident seçkilərinin yekun nəticəsi açıqlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 8 namizədin mübarizə apardığı, 56 milyon 430 min 712 seçicinin iştirak etdiyi seçkilərdə Vladimir Putin qələbə qazanıb. O, 76,69% səs toplayıb.
Kommunist Partiyasının lideri Pavel Qrudinin 11,77%-lə 2-ci, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə 5,65%-lə 3-cü sırada qərarlaşıb.
Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak 1,68 faizlə 4-cü, "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski 1,05 faizlə 5-ci, İnkişaf Partiyasından olan namizəd Boris Titov və Rusiya Kommunistləri Partiyasının namizədi Maksim Suraykin 0,68 faizlə 6-7-ci, Rusiya Ümumxalq Partiyasının namizədi Sergey Baburin isə 0,65 faizlə 8-ci yeri tutub.
Gülşən