Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Həkimlər biri uşaq olmaqla 8 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Ümumilikdə hadisə nəticəsində 21 nəfər yaralanıb.