Xəbər lenti

“Rusiyada qiyam yatırldı, lakin daha çətin sınaqlar başlayır” (ŞƏRH)
Dünya08:20 25.06.2023

“Rusiyada qiyam yatırldı, lakin daha çətin sınaqlar başlayır” (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya cəmiyyəti və ordusu gələcək məğlubiyyətini artıq dərk edir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Vaqner” özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin başladığı qiyam və bu fonda Rusiyada gedən son proseslərin Ukranya savaşına təsirlərini şərh edərkən deyib.
"Ukraynanın qələbə əzmi güclənir. Çünki  ukraynalılar anlayır ki, Rusiya daxilən sarsılıb, çatlayır. Bu ölkədə Putinə inam azalmaqda davam edir.Cəmiyyət, ordu gələcək məğlubiyyəti hiss edir. Proses Ukraynanın mövqelərinin güclənməsi istiqamətində cərəyan edəcək. Yaranmış vəziyyət bu tendensiyanı daha da gücləndirəcək”, deyə Z.Əlizadə vurğulayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, Rusiya artıq seçim qarşısındadır və köhnə siyasəti ilə müharibəni davam etdirə bilməyəcək:
"Rusiyada baş verənləri sona qədər başa düşmədim. "Vaqner”çilərin hərəkətləri nə  qiyam kimi qiyam idi, nə də qiyamı yatıranların ona münasibəti adekvat idi.  Amma hiss olunur ki, Rusiya artıq ciddi seçim qarşısındadır. Belə başa düşürəm ki, məsələ birbaşa olaraq Ukrayna cəbhəsində gedən proseslərə təsir edəcək, özü də qısa müddətdə. İstənilən halda, qarşıdurmanın dayanması həm Rusiya, həm də Ukraynanın xeyrinədir”. 
Qeyd edək ki, artıq ikincü gündür Rusiya daxilində gərgin situasiya yaranıb. Hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri  Yevgeni Priqojin Kremlə qarşı qiyan qaldıraraq, Rostovu ələ keçirir. Lakin Belarus  Prezidenti Aleksandr Lukaçenkonun Priqojinlə danışığından sonra nədənsə ikincisi gedi çəkilərək, hərbi dəstələrinin kazarmaya qayıdacağını bəyan edib. 
Rüfət Sultan