Xəbər lenti

Rusiyada restoranlara gələnlərdən müharibə üçün rüsum alınacaq - Qanun layihəsi
Dünya05:47 18.05.2023

Rusiyada restoranlara gələnlərdən müharibə üçün rüsum alınacaq - Qanun layihəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dövlət Dumasına Ukraynada müharibəyə maddi dəstək vermək üçün restoranlara, klublara və barlara gələn qonaqlardan icbari ödənişlərin tətbiqi ilə bağlı qanun layihəsi təqdim edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu" məlumat yayıb.
Dəyişikliklərin təşəbbüskarları restoran ziyarətçiləri üçün hesabın 1%-i məbləğində rüsum müəyyən etməyi təklif edirlər.
Müəssisələrin sahibləri olan hüquqi şəxslər və ya sahibkarlar tərəfindən vəsaitin toplanaraq büdcəyə köçürülməsi nəzərdə tutulur. Rusiya parlamentariləri əmindirlər ki, pul yığılması ziyarətçilərin mənfi reaksiyasına səbəb olmayacaq.
Vəsaitlərdən Kemerovo vilayətinin qubernatorunun həyat yoldaşı Anna Tsivilyevanın rəhbərlik etdiyi "Vətən müdafiəçiləri” fondu istifadə edəcək. Onu Rusiya prezidenti Vladimir Putinin qardaşı qızı adlandırırlar.
Nizami Bağırov