Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanıyla bağlı müraciətindən sonra rusiyalılar digər ölkələrə biletləri kütləvi şəkildə alıblar. Xüsusilə Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycana.
Bu barədə Qaynarinfo "Meduza” nəşrinə istinadən xəbər
">verir.
"Putinin çıxışından bir neçə dəqiqə sonra 21 sentyabr üçün İstanbul və İrəvana bütün birbaşa biletlər satılıb", - xəbərdə deyilir.
Rusiya KİV-ləri yazır ki, Moskva vaxtı ilə günortaya yaxın Moskvadan Daşkənd, Bakı, Bişkek və Astanaya birbaşa biletlər satışdan itib, lakin "hələ transfer variantları var”.
Nizami Bağırov