Xəbər lenti

Rusiyada səfərbərliyə çağırılmış serjant komandirini döyərərək öldürdü
Dünya12:36 28.12.2022

Rusiyada səfərbərliyə çağırılmış serjant komandirini döyərərək öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Maqnitoqorskda səfərbərliyə çağırılan baş serjant səfərbər edilmiş kapitan rütbəli komandirini döyərək öldürüb.
Qaynarinfo bu barədə "Kommersant”a istinadla yazır.
Məlumata görə, faciə Çelyabinsk vilayətinin Misyaş stansiyasında baş verib. İstintaqla müəyyən edilib ki, dekabrın 23-də saat 18:00-22:00 radələrində baş serjant spirtli içkidən sərxoş vəziyyətdə hərbi eşalonun qərargah avtomobilində olarkən səfərbərliyə çağırılmış kapitan rütbəli komandirini döyüb. Zabit hadisə yerində dünyasını dəyişib.
Səfərbərliyə alınan şəxs barəsində hərbi xidmət zamanı rəisə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb. Maqnitoqorsk qarnizonu hərbi məhkəməsi onu barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçib.
Alpər