Xəbər lenti

Rusiyada sorğu: Əhalinin 41 faizi sanksiyaların təsirini hiss edir
Dünya08:24 11.04.2022

Rusiyada sorğu: Əhalinin 41 faizi sanksiyaların təsirini hiss edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə üzləşdiyi sanksiyalar artıq təsirini göstərməyə başlayıb. 
Qaynarinfo xəbər verir ki, Rusiyada aparılan sorğuya görə əhalinin 41 faizi sanksiyaların təsirini hiss etdiyini deyib.  
Sorğunu "Xronika” müstəqil sosioloqlar qrupu aparıb. Nəticələrdən aydın olur ki, sanksiyaların təsirini daha çox 24-25 yaş qrupuna aid olanlar hiss edib. Onlar sanksiyalardan sonra maddi rifahlarının pisləşdiyini bildiriblər. 
Respondentlərin 32 faizi baş vernələrlə bağlı həyacan keçirdiyini, 23 faizi isə sanksiyaların təsirini az hiss etdiklərini deyiblər. 
Rusiya Ukraynaya müharibənin ilk günlərindən sanksiyalarla üzləşib. Müharibə davam etdikcə sanksiyalar paketi daha da genişlənib. Artıq Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq edilməsi gündəmə gəlib. Bir neçə ölkə artıq birtərəfli qaydada Rusiyanın enerjidaşıyıcılarından imtina etdiyini açıqlayıb. Trendə digər ölkələrin də qoşulacağı da gözlənilir. 
Seyid