Xəbər lenti

Rusiyada təyyarə qəzaya uğrayıb: Ölənlər var
Dünya05:26 19.12.2016

Rusiyada təyyarə qəzaya uğrayıb: Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yakutiyanın Bulunsk rayonunda göyərtəsində 39 nəfərin olduğu “İl-18” təyyarəsi qəzaya uğrayıb. 

Oxu.Az xəbər verir ki, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

“Yekaterinburqun Koltsovo aeroportundan dekabrın 19-da səmaya qalxan “İl-18” təyyarəsi Tiksi qəsəbəsinin 27 km məsafəsində qəzaya uğrayıb”, - mənbə bildirib.

Qeyd edilir ki, təyyarənin göyərtəsində 32 sərnişin və yeddi nəfər heyət üzvü olub. 

Hazırda zərərçəkənlərin təxliyəsi işi aparılır.   

İnterfaks-ın məlumatına görə, qəza nəticəsində 30 nəfər ölüb. 

Qaynarinfo.Az