"Rusiya-Ukrayna arasında gedən müharibə mənə pis təsir edir. İnanın, heç nəyə baxa bilmirəm, günahsız insanlar ölür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, əlaqəsi olamayan dövlət belə bu hadisələrdən narahatlıq keçirir:
"Belə bir halda kim narahat olmaz? Sinirlərim oyaqdır deyə şər şeydən uzaq olmağa çalışıram”.
Elnarə Abdullayeva hazırda Azərbaycanda olduğunu vurğulayıb:
"Rusiyada toylara gedirdik, əksəriyyətimiz oradan dolanır. Qarşıdakı aylarda Rusiyada toylarda iştirakla bağlı dəvət almamışam. Dəvət alaramsa, gedəcəm”.
Bahar Rüstəmli