Xəbər lenti

Rusiyada xidmət keçməmiş 30 yaşdan yuxarı şəxslər də hərbi hazırlığa çağırılacaq - Duma
Dünya13:01 13.01.2023

Rusiyada xidmət keçməmiş 30 yaşdan yuxarı şəxslər də hərbi hazırlığa çağırılacaq - Duma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2Çağırış yaşının artırılması ilə bağlı qanun qəbul edildikdən sonra ehtiyatda olan 30 yaşdan yuxarı rusiyalılar hərbi təlim düşərgələrinə göndəriləcək. Bu həm xidmətdə olmuş, həm də olmamış vətəndaşlara aiddir. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə URA.ru portalına Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev məlumat verib.
"Yaşı 30-dan yuxarı olanlar "top yemi” olmaq üçün deyil, hərbi ixtisasa yiyələnmək üçün təlimə çağırılacaqlar. Bunun üçün çox şey etmək lazımdır, o cümlədən bizim təlim keçmiş səfərbərlik ehtiyatımız olmalıdır", - Sobolev deyib. Eyni zamanda o, dəqiqləşdirib ki, əgər rusiyalı ehtiyatdadırsa və heç bir hərbi ixtisası yoxdursa, o da hərbi təlimlərə göndəriləcək.
Xatırladaq ki, daha əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov bildirib ki, səfərbərlik ehtiyatının hazırkı sistemi "Rusiyanın üzləşdiyi bütün təhdid və çağırışlara cavab verir” və hazırda bütün gənclərin hərbi qulluqçular üçün ümumi hərbi hazırlığının təşkilinə ehtiyac yoxdur.
Alpər