Xəbər lenti

Rusiyada yeni qanun qüvvəyə mindi
Dünya05:07 11.01.2014

Rusiyada yeni qanun qüvvəyə mindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 11-dən Rusiyada təyyarələrin göyərtəsinə istənilən mayenin keçirilməsini qadağan edən qanun qüvvəyə minir.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu təşəbbüslə yanvarın 7-də Rusiya Aviasiyası çıxış edib.
 
Səbəb kimi  Soçidə keçiriləcək Qış Olimpiada və Paraolimpiyada oyunları dövründə mümkün terror təhlükəsinin qarşısının alınması göstərilib.
 
Təyyarə salonuna uçuş müddətində yalnız ehtiyacı olanlar üçün tibbi ləvazimatın, eləcə də şəxsi gigiyena vasitələrinin götürülməsinə müvafiq yoxlanışdan sonra icazə verilir.

Qaynar.info