Rusiyada çoxlu sayda insan tərəfindən dəstəklənən yeni bir üsyanın başlaya biləcəyinə dair siqnal var..
Qaynarinfo
xəbər verir ki, bunu ABC News-a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın "Vaqner”in rəhbəri Yevgeni Priqojinin Moskvaya qarşı kampaniyasını şərh edərkən deyib. "Mən kəşfiyyat məlumatlarına əsaslanaraq belə hesab edirəm... o, siyasi fiqur oldu. Və mənim üçün bu, onun əsas məqsədi olmalı idi. Niyə dayandı? Bunu dəqiq bilmirəm", - prezident deyib.
Zelenski qeyd edib ki, "Vaqnerçilər” liderinin üsyanı Putin rejiminin zəifliyini ortaya çıxarıb. "Onlar özlərini dayandırmaq qərarına gəliblər. Putinin Rusiya daxilində hərbi gücü yoxdur, onun mülki əhalisi də qorunmur. Rusiyada növbəti üsyanın, inqilabın ola biləcəyinə dair siqnal var. Üstəlik, belə bir addımı dəstəkləyə biləcək çox adam var”, - deyə o əlavə edib.
"Vaqnerçilər”in guya Ukraynaya şimaldan hücum edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən prezident bunun baş verməyəcəyinə əmin olduğunu bildirib.
Rusiyada yeni üsyan: proqnozlar
Bildiyiniz kimi, digər ölkələrin ekspertləri və liderləri Rusiyadakı üsyanı Putin rejiminin zəifliyinin sübutu adlandırıblar.
Müharibə tərəfdarı olan rusiyalı bloggerlər və "hərbi müxbirlər" iğtişaş iştirakçılarının və "Vaqner" ÖHŞ-nin digər yaraqlılarının cəzasız qalmasından narazı qalıblar.
Digər bloqçular və "hərbi müxbirlər” onun "ədalət yürüşü”ndə onların ümidlərini doğrultmayan Priqojinin özünə qəzəbləniblər.
Putin öz zəifliyini göstərdiyi üçün ölkədə daha çox üsyan və iğtişaşların baş verəcəyini proqnozlaşdırırlar.
Rusiyalı müxalif siyasətçi Mixail Xodorkovskinin sözlərinə görə, bu halda FSB-nin üçdə birindən azı Putini dəstəkləyəcək . Həmçinin, onun ətrafının bir hissəsi öz qaçış yollarını hazırlayır.
Alpər