Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyadan Vaşinqtona uçan təyyarənin rus diplomatlarını çıxaracağını bildirib.
Qaynarinfo xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında yazıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, şəbəkədə ABŞ-a uçan Rusiya təyyarəsi ilə bağlı spekulyasiyalar yaranıb. O qeyd edib ki, baş verənlərdə "heç bir sensasiya yoxdur”.
"O, ABŞ hakimiyyəti tərəfindən üç illik qalma müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları ölkədən çıxaracaq", deyə Zaxarova yazıb.
XİN rəsmisi qeyd edib ki, bura söhbət qovulmaqdan gedə bilməz.
Bir müddət əvvəl Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Mariya Zabolotskaya bildirmişdi ki, Birləşmiş Ştatların xüsusi xidmət orqanları Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyində çalışan rus diplomatları işə cəlb etməyə çalışır.
Aydın