Xəbər lenti

Rusiyadan ABŞ-a Suriya "badalağı"
Dünya12:34 17.05.2013

Rusiyadan ABŞ-a Suriya "badalağı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın etirazlarına baxmayaraq, Rusiya Suriyaya raket verməyi davam etdirir. 

Qaynar.info-nun məlumatına görə, Ağ Evdən verilən açıqlamada Putinin Suriyaya dənizdən gələn həmlələri dəf etmək məqsədilə "gəmi ovçusu" adlı raketlər göndərdiyi qeyd olunub. 

"Yakhont" - dənizdən müdafiə raketləri  xarici dövlətlərin dəniz vasitəsilə müxaliflərə edəcəyi silah və humanitar yardımların qarşısını ala biləcək. 

Təxminən 3 ton ağırlığında olan "Yakhont" raketləri 300 kiloqramlıq döyüş başlığı daşıya bilir. Bu raketlərdən həm quruda, həm də hərbi gəmilər və təyyarələrdə istifadə etmək mümkündür. 

Qaynar.info