Xəbər lenti

Rusiyadan Azərbaycan neftinə qadağa
Dünya11:48 14.05.2013

Rusiyadan Azərbaycan neftinə qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya hökuməti Azərbaycan neftinin ölkə ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib.

Qərar mayın 5-də Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən imzalanıb və bu gündən qüvvəyə minib. 

Qərarda həmçinin bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycan tərəfini məlumatlandırsın.

Qeyd edək ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunur.

Qaynar.info