Rusiya Xarici İşlər Nazirliyi BMT İnsan Haqları Şurasından çıxarılmasını qeyri-qanuni və siyasi motivli qərar hesab edir.
Qaynarinfo bu barədə
Alarabiya.net saytına istinadən xəbər verir.
"Rusiyanın İnsan Haqları Şurasında fəaliyyətinin dayandırılması müstəqil daxili və xarici siyasət yürüdən BMT suveren üzvünü cəzalandırmağı hədəfləyən qeyri-qanuni və siyasi motivli qərardır”, - Rusiya XİN açıqlamasında qeyd edilir.
Rusiya aprelin 7-də BMT Baş Məclisinin qərarı ilə Ukraynada törətdiyi kobud və sistematik insan haqları pozuntusuna görə təşkilatın İnsan Haqları Şurasından çıxarılıb.
Qərar Rus ordusunun Ukraynanın Buça şəhərində 410 sakini qətl etməsi ilə bağlı xəbərin yayılmasından sonra verilib.
Qeyd edək ki, Rusiya Buça qətlimanın yalan olduğunu iddia edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Kremlin sözcüsü Dmitri Peskov Sky News-a müsahibəsində Buça şəhərində yerdə qalan cəsəd görüntülərinin yaxşı düzəlmiş montaj olduğunu deyib.
Xatırladaq ki, "Der Şpigel” nəşri Alman kəşfiyyatının Buça şəhərində qətlləri törədən rus əsgərlərinin danışığını əl keçirdiyi haqqında məlumat yayıb.
Nurlan Hüseynov