Xəbər lenti

Rusiyadan ikili vətəndaşlıqla bağlı önəmli qərar
Dünya17:09 14.04.2020

Rusiyadan ikili vətəndaşlıqla bağlı önəmli qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edərkən digər ölkənin vətəndaşlığından imtina etməməyə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Qaynarinfo xəbər verir ki, hazırda Rusiya vətəndaşı olmaq üçün ərizə verən əcnəbi öz ölkəsində vətəndaşlıqdan imtina barədə müraciət verdiyini təsdiq etməlidir. Yeni qanun layihəsi qəbul edilərsə, bu tələb aradan qaldırılacaq.
MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, layihə ikinci oxunuşda aprelin 17-də nəzərdən keçiriləcək. (modern.az)