
Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz təyyarə istehsal edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "VRT 300" adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib. Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq 300 kq yük daşıya bilir, 5 saat müddətində havada qala bilir və saatda 180 km sürətə çata bilir.
Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, "VRT 300" gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.
Gülşən
Qaynarinfo.Az



