Xəbər lenti

Rusiyadan İT ilə bağlı mühüm qərar: vergi, ipoteka, qrantlar, ordudan möhlət...
Dünya14:52 02.03.2022

Rusiyadan İT ilə bağlı mühüm qərar: vergi, ipoteka, qrantlar, ordudan möhlət...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hökuməti Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar sanksiyalar təzyiqi fonunda yerli İT sənayesini dəstəkləmək çərçivəsində iqtisadiyyatın bu sektorunu vergi güzəştləri, qrantlar və güzəştli ipoteka kreditləri ilə təmin etmək qərarına gəlib. 
Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.
Qeyd olunur ki, vergi güzəştləri mobil əlavələrin tərtibatçılarına və yerli həllərin tətbiqi, quraşdırılması və sınaqdan keçirilməsi ilə məşğul olan təşkilatlara şamil ediləcək.
Üç il ərzində bütün İT şirkətləri gəlir vergisi ödəməkdən və tənzimləyici orqanlar tərəfindən yoxlamalardan azad ediləcək. Onlara güzəştli şərtlərlə - 3%-dən çox olmayan faizlə güzəştli kreditlər veriləcək.
Alpər