Xəbər lenti

Rusiyadan mesaj: “NATO Qafqaz üçün təhdiddir”
Dünya18:54 03.07.2015

Rusiyadan mesaj: “NATO Qafqaz üçün təhdiddir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abxaziya, Rusiya və Cənubi Osetiya Gürcüstanın NATO-ya inteqrasiyasından narahatdır.

Axar.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu istiqamətdə fəaliyyət Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdiddir:

“Gürcüstanın NATO istiqamətində fəaliyyəti Cenevrə razılığının əsaslarına ziddir. Əsas həyəcan siqnalını isə burada infrastrukturun yaradılması və Gürcüstan ərazilərində müntəzəm hərbi təlimlərin keçirilməsi yaradır”.

Qeyd edək ki, Rusiya 2008-ci il savaşından sonra Gürcüstan ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyır. 

Qaynar.info