
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın uranı 20 faizə qədər zənginləşdirmə fəaliyyətlərini dayandırmağa hazır olduğunu bildirib.
Qaynar.info-nun məlumatına görə, Lavrov Küveytin rəsmi xəbər agentliyinə verdiyi açıqlamada Qərb ölkələrini İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.
Rusiyalı nazir İranın nüvə proqramıyla bağlı illər sonra ilk dəfə ümidverici siqnallar aldıqlarını söyləyib. Lavrov İranın uran zənginləşdirmə fəaliyyətlərini hazırkı səviyyədə saxlamağa hazır olduğunu deyib.
Bunun razılaşma üçün bir dönüş nöqtəsi ola biləcəyini qeyd edən Lavrov İranın gələcəkdə nüvə silahı istehsal edəcəyinə dair narahatlıqların aradan qalxa biləcəyini vurğulayıb.
Lavrov beynəlxalq birliyi İranın konstruktiv mövqeyinə cavab vernəyə, saknsiyaları mərhələ-mərhələ ləğv etməyə çağırıb və "bu fürsətin qaçırılması talesizlik olar" deyib.
Qaynar.info