Xəbər lenti

Rusiyadan sərt addım: "Peyvənd etmək istəmirsinizsə, evinizdə oturun..."
Dünya14:33 15.11.2021

Rusiyadan sərt addım: "Peyvənd etmək istəmirsinizsə, evinizdə oturun..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada koronavirusa qarşı peyvənd edilmiş əhalinin tələb olunan səviyyəsinə nail olmaq üçün kampaniya yaxın gələcəkdə başa çatdırılmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
"Mən inanıram ki, peyvəndləmə tamamlana bilər və tamamlanmalıdır da. Həm də bir neçə həftə ərzində", - o deyib.
Muraşkonun sözlərinə görə, "alternativ sadədir: peyvənd etmək istəmirsinizsə, evdən bayıra çıxmayın”.
Bundan əvvəl baş nazirin müavini Tatyana Qolikova Rusiyada kollektiv immunitetin 90-95% səviyyəsinə çatdırılmasının arzulanan olduğunu, lakin indiyədək onun azı 80% səviyyəsində qaldığını bildirib.
 
Alpər