
Rusiya ilə Türkiyə arasındakı problemlərin aradan qaldırılmasından sonra ilk çarter uçuşu sabah reallaşacaq.
Qaynarinfo.Az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Antalya Valiliyindən verilən açıqlamada deyilir ki, Rusiya ilə Türkiyə arasındakı çarter uçuşlarının yenidən başlaması istiqamətində razılaşmanın imzalanmasından sonra ilk uçuş sentyabrın 2-də baş tutacaq. Belə ki, sabah Moskvadan qalxacaq "Royal Flight" hava yollarına aid "Boeing 767" tipli təyyarənin 309 sərnişin ilə Türkiyə vaxtı ilə saat 19:55-də Antalya Hava Limanında enməsi gözlənilir.
Rusiyadan gələcək qonaqlar üçün hava limanında kokteyl qonaqlığı təşkil ediləcək.
Qaynarinfo.Az