Xəbər lenti

Rusiyadan ucuz taxıl kasıb ölkələri asılı vəziyyətə salır – Borrell
Dünya08:20 03.08.2023

Rusiyadan ucuz taxıl kasıb ölkələri asılı vəziyyətə salır – Borrell

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aİ-nin xarici işlər naziri Cosep Borrell inkişaf etməkdə olan və G7 ölkələrinə məktub göndərərək, taxıl sazişi ilə bağlı "aydın və vahid səsə" çağırıb. Brüssel hesab edir ki, Rusiya "həssas ölkələr” üçün aşağı qiymətlərin köməyi ilə "iqtisadi zəifliyi və qlobal ərzaq təhlükəsizliyi vəziyyətini kəskinləşdirərək yeni asılılıqlar” yaratmağa çalışır.
Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.
"Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə üzləşdiyi bir vaxtda Rusiya aşağı qiymətlərlə taxıl tədarükü ilə bağlı ikitərəfli təkliflərlə həssas ölkələrə üz tutur, guya özünün yaratdığı problemi həll edir”, - məktubda deyilir. 
Borrell həmçinin bildirib ki, Aİ sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərməməsi üçün bütün səyləri göstərib. O, əmin edib ki, Brüssel "Rusiyanın üçüncü ölkələrə ərzaq və gübrə ixracına” məhdudiyyət qoymayıb.
Taxıl Sazişi (Qara Dəniz Təşəbbüsü) 2022-ci ilin iyulunda Rusiya və Ukrayna tərəfindən İstanbulda razılaşdırılıb. Türkiyə və BMT də müqavilənin tərəfləri olub. Moskva İyulun 17-də sövdələşməni uzatmamaq barədə qərar verib. 
Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində bildirib ki, Moskva taxıl sazişindən çıxdıqdan sonra ərzaq qiymətlərinin qalxmasından əldə edəcəyi gəliri Afrika ilə bölüşəcək. O, 6 Afrika ölkəsinə "müəyyən miqdarda ərzaq pulsuz” veriləcəyini vəd edib.
Nizami Bağırov