Xəbər lenti

Rusiyadan Ukraynaya qadağa
Dünya05:08 30.07.2013

Rusiyadan Ukraynaya qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Roşen” şirkətinin istehsal etdiyi məhsulların idxalına yasaq qoyulub

Rusiya hökuməti Ukraynanın məhşur şokolad istehsalçısı “Roşen”nin məhsullarının idxalını qadağan edib. ANSP RESS-in Rusiya bürosunun məlumatına görə, İnsan Sağlığı və İstehlakçı haqlarının qorunması idarəsinin (Rospotrebnadzor) başçısı Gennadi Onişenko "Roşen" markalı süddən hazırlanmış şokoladlarında kanserogen təsiri yüksək olan benzopiren olduğunu açıqlayıb.

“Roşen”in Kiyev, Vinnitsa, Mariupol və Kremençuqdakı fabriklərində istehsal olunan məhsullarını yoxladıqlarını bildirən Onişenko “təəssüf ki, şübhələrimiz doğru çıxdı” deyib.

"Forbes" jurnalına görə, Ukraynanın ən varlı 10 insanı arasında göstərilən Pyotr Poroşenkoya aid "Roşen" firması tərəfindən bu barədə hələ bir açıqlama verilməyib. Ukrayna mətbuatı isə Rusiya tərəfinin Ukraynanı rus avtomobillərinə qarşı tədbiq etdiyi yeni idxal verigisinə qarşılıq olaraq bu şəkildə cəzalandırıldığını deyib.

Qeyd edək ki, "Rospotrebnadzor" daha öncə Ukrayna pendirlərinin də ölkəyə gətirilməsinə qadağa qoymuşdu.


Qaynar.info