Xəbər lenti

Rusiyadan Ukraynaya şok qadağa
Dünya09:27 16.08.2013

Rusiyadan Ukraynaya şok qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federal Gömrük Dairəsi Ukraynadan ölkəyə gətirilinə bütün mallara qadağa qoyub. 

Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna çirkətlərinin məhsullarını daşıyan yüzlərlə yük maşını sərhəddə qalıb. 

Rəsmi Moskva isə Kiyevin "qadağaları qaldırın" çağırışına cavab olaraq bu qərarın Federal Gömrük Dairəsi tərəfindən verildiyini və məsələdə siyasi motivlərin axtarılmasının lazımsız olduğu deyib. 

Ukraynanın baş naziri Nikolay Azarov Rusiyanın idxal qadağasının ölkəyə milyardlarla avro ziyan vuracağını deyib. 

Rusiya bir müddət əvvəl də "Roşen" firmasının məhsullarının idxalına qadağa qoymuşdu. 

Ekspertlər Rusiyanın bu qadağasının Ukraynanın Avropa Birliyi ilə yaxınlaşma prosesində yeni addımlar atmasına cavab kimi qiymətləndirirlər. Çünki Ukrayna hökuməti Avropa Birliyinə tam üzvlük məsələsində önəmli mərhələ hesab edilən "Avropa Birliyi Ortaq Müqaviləsi"ni noyabr ayında Vilnüsdə keçiriləcək zirvə toplantısında imzalamağa hazırlaşır. Rəsmi Kiyevin Rusiyanın rəhbərlik etdiyi Vahid Gömrük İttifaqına qatılmaqdan imtina edərək üzünü Avropa Birliyinə tutması Kremli belə addım atmağa vadar edib. 

Qaynar.info