Xəbər lenti

Rusiyalı diplomatı bıçaqladılar
Dünya06:26 12.10.2013

Rusiyalı diplomatı bıçaqladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Panamadakı konsulunun müavini Yevgeni Manilov bıçaqlanıb. 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə Rusiya konsulluğunun yerləşdiyi binada baş verib.

 Panama polisinin nümayəndəsi Mara Rivera bildirib ki, rusiyalı diplomat dərhal xəstəxanaya çatdırılıb, onu bıçaqlayan şəxs isə saxlanılıb. Həmin şəxsin Ukrayna vətəndaşı olduğu bildirilir. 

Əməliyyat olunan Y.Manilovun vəziyyətini həkimlər stabil kimi dəyərləndirir.   

Qaynar.info