Xəbər lenti

Rusiyalı idmançılara daha bir şok: Cəzaları 2 il uzadıldı
İdman09:20 30.08.2016

Rusiyalı idmançılara daha bir şok: Cəzaları 2 il uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Rusiya idmançılarının Rio-2016-da iştirakına qoyduğu qadağa 2 il sonra Cənubi Koreyanın Pyeonqçanq şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına da şamil olunub.

Qaynarinfo.Az xəbər verir ki, Dünya Dopinqlə Mübarizə Agentliyi rusiyalı idmançıların dövlət dəstəyi ilə dopinqdən istifadə etməsini əsas gətirərək Rusiyanın heç bir idman növündə iştirak etməməsinə dair tövsiyə xarakterli bəyanat yaymışdı.

Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya millisinin heyətində yer alan 389 idmançıdan 271-nin Rio-2016-da iştirakına icazə vermişdi.

Qeyd edək ki, Rusiya Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin sədri və 1-ci vitse-prezidenti Pavel Rojkov bildirib ki, artıq 100-dən çox idmançı BPK-ya iştirak etmələri ilə bağlı fərdi müraciət edib.

Qaynarinfo.Az