Xəbər lenti

Rusiyalı jurnalist təsadüfən Ermənistanın böyük itkilərini əks etdirən foto paylaşıb (FOTO)
Dünya16:56 13.10.2020

Rusiyalı jurnalist təsadüfən Ermənistanın böyük itkilərini əks etdirən foto paylaşıb (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, jurnalist öz "Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşıb.
Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.
Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərir ki, Yerevan cəbhədəki real itkilərini gizlətməyə çalışır.
Fotolar dərc olunduqdan sonra A.Kots onları dərhal silib.