Xəbər lenti

Rusiyalı milyaderlər Aİ-ni məhkəməyə verir
Dünya13:09 16.12.2022

Rusiyalı milyaderlər Aİ-ni məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı milyarderlər Brüsselin onlara lüks villalarından tutmuş bank hesablarına qədər bütün aktivlərini bəyan etmək üçün altı həftə vaxt verilməsindən Aİ-ni məhkəməyə verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.
"LetterOne” holdinqinin həmtəsisçiləri Mixail Fridman, Petr Aven və German Xan məhkəmədə Aİ direktivinə birgə etiraz etmək qərarına gəliblər. Nəşr Avropa Məhkəməsinin məlumatlarına istinadən yazır ki, Vladimir Putinə yaxın olan oliqarx Gennadi Timçenko və onun həyat yoldaşı tərəfindən ayrıca iddia qaldırılıb. Əvvəllər onların hamısı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə görə şəxsi sanksiyalara məruz qalıb.
Timçenkonun vəkillərinin sözlərinə görə, Aİ sanksiya rejiminin pozulmasını elan etmək və oliqarxların əmlakını müsadirə etmək üçün qəsdən aktivlərin bəyan edilməsi üçün belə qısa müddət təyin edib. "Hesabat öhdəliyinə əməl edilməməsinin nəticələri qeyri-mütənasibdir" deyə vəkillər bildirib. Onlar həmçinin iddia edirlər ki, bütün aktivlərinin açıqlanması tələbi sanksiyaları daha effektiv etmir.
Fridman, Aven və Xanın iddiasında göstərilən arqumentlərə görə, Aİ-nin belə bir tələbi irəli sürmək üçün heç bir hüquqi əsası yoxdur. Milyarderlərin vəkili Tyeri Maramber məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Noyabrda Aİ Şurası sanksiya pozuntularının Avropa İttifaqına qarşı cinayətlər siyahısına daxil edilməsini yekdilliklə dəstəkləyib. Tədbir Rusiyaya qarşı məhdudiyyətləri pozan fiziki və hüquqi şəxslərin aktivlərinin "faktiki müsadirəsini” təmin etmək məqsədi daşıyır. Avropa Komissiyası hələ may ayında belə bir mexanizmdən istifadə etməyi təklif edib.
Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiyalar paketi Rusiya oliqarxlarını, məmurlarını, təhlükəsizlik xidməti əməkdaşlarını və sanksiyalara məruz qalmış şirkətləri Avropa ölkələri ərazisindəki mülklərini müstəqil şəkildə hakimiyyət orqanlarına açıqlamağa məcbur edir. Bunu etməmək cinayət sayılır və Aİ-yə aktivləri müsadirə etmək hüququ verir.
Nizami Bağırov