Xəbər lenti

Rusiyalı milyarderlərin İsveçrə bankındakı hesabları donduruldu
Dünya12:42 23.08.2018

Rusiyalı milyarderlərin İsveçrə bankındakı hesabları donduruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrənin ən iri banklarından biri olan "Credit Suisse” ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurub.
Qaynarinfo Virtualaz.org-a istinadən xəbər verir ki, dondurulmuş bank hesablarının sahiblərinin adları açıqlanmır.
Qeyd olunur ki, bank beynəlxalq maliyyə sisteminin tənzimləyiciləri ilə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır.
İsveçrənin daha iki iri bankı - UBS və "Julius Baer” də sankisya rejiminə sadiqliyini bildiriblər, amma müştərilərdən hansılarınsa hesablarının dondurulduğunu elan etməyiblər.