Xəbər lenti

Rusiyalı MMA döyüşçüsü ABŞ-da həbs edildi – Vaksin qətli (FOTO)
Dünya06:22 16.11.2021

Rusiyalı MMA döyüşçüsü ABŞ-da həbs edildi – Vaksin qətli (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarışıq döyüş sənətçisi (MMA) Akmal Xojiyev ABŞ-da qətldə şübhəli bilinərək saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, o, Quam adasında Miran Ribati adlı həkimi öldürməkdə şübhəli bilinir.
Bildirilir ki, polis döyüşçünü Ribatinin cəsədinin yanında olan zaman saxlayıb. Xojiyev asayiş keşikçilərinə deyib ki, həmin şəxsi öldürüb. İstintaqın məlumatına görə, idmançı ilə həkim arasında koronavirusa qarşı peyvəndlə bağlı mübahisə yaranıb.
Məhkəmə indi Xojiyevin azadlığa buraxılması üçün 1 milyon dollar girov təyin edib. O, sosial şəbəkələrində dəfələrlə peyvəndin əleyhinə çıxış edib.
Döyüşçü Tamuninqdə yerləşən Steel Athletics-də məşq edib. MMA veteranı JJ Embrouz nəşrə verdiyi müsahibədə baş verənlərdən təəccüblənmədiyini etiraf etdi. O, əlavə edib ki, Xojiyev aqressiv ola bilərdi.
"Əvvəlcə o, normal oğlan idi, sonra hər şey birdən dəyişdi. İnsanlara onun artıq həmin adam olmadığını başa düşmək üçün mümkün olan hər şeyi etdik", - Embrouz əlavə edib.
Xatırladaq ki, MMA döyüşçüsü Akmal Xojiyev Rusiyanı təmsil edir. Peşəkar karyerasına 2016-cı ildə başlayıb və hazırda 2 döyüş keçirib və ikisində də qalib gəlib. MG, OPF kimi promosyonların turnirlərində iştirak edib. O, Aleksandr Xmara, Əbdüləziz Carabayev kimi rəqiblərlə qarşılaşıb.
 
Alpər