Xəbər lenti

Rusiyalı nazir müavini vəzifəsini rok karyerasına dəyişdi (VİDEO)
Dünya05:41 22.09.2018

Rusiyalı nazir müavini vəzifəsini rok karyerasına dəyişdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya nəqliyyat nazirinin müavini Alan Luşnikov öz vəzifəsini tərk edəcək. 
Oxu.Az "İnterfaks”a istinada xəbər verir ki, onun sözlərinə görə, bununla bağlı ərizəsini baş nazir Dmitri Medvedevə təqdim edib, ancaq istefa ərizəsi hələ imzalanmayıb. 
Nazir müavini vəzifəsindən getdikdən sonra musiqi karyerasını davam etdirəcək. Luşnikov onu kimin əvəz edəcəyini açıqlamayıb. 
Luşnikov "Ctrlband” rok-qrupunun frontmenidir. Qrupun yenilənmiş tərkibdə ilk tərkibi apreldə baş tutub. 
Nəqliyyat Nazirliyinin saytının məlumatına görə, Luşnikov 2017-ci ilin fevralından nazir müavinidir. Buna qədər o, 5 il müddətində baş nazirin müavini Arkadiya Dvorkoviçin köməkçisi olub.