Rusiyalı oliqarxlar Qərbin sanksiyaları siyahısından çıxarılmaq üçün öz aktivlərinin bir hissəsini Ukraynaya verməyə hazırdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt” qəzeti
yazıb.
Kanada Maliyyə Nazirliyinin rəhbəri Kristi Frilandın sözlərinə görə, Rusiya Federasiyasının başlatdığı müharibəni tənqid edən rus oliqarxları ona zəng edirlər, lakin Kremldən repressiya təhlükəsi üzündən danışa bilmirlər.
Friland deyir ki, onlar ona aşağıdakı sövdələşməni təklif ediblər: aktivlərin əhəmiyyətli hissəsini Qərbə ötürürlər və bunun müqabilində onlar sanksiyalar siyahısından çıxarılırlar. Hazırda oliqarxlarla danışıqların ilkin mərhələdə olduğu qeyd edilir.
"Belə bir sövdələşmə bütün tərəflər üçün müəyyən fayda verə bilər: Kiyev milyardlar alır, Qərb müsadirə müzakirələrindən yayınır, oliqarxlar öz dəbdəbəli həyatına qayıdırlar”, - məqalədə deyilir.
Nizami Bağırov