Xəbər lenti

Rusiyalı qadın "WhatsApp" statusuna görə ekstremizmdə ittiham olunur
Dünya10:54 02.02.2023

Rusiyalı qadın "WhatsApp" statusuna görə ekstremizmdə ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Soçidən olan 38 yaşlı Viktoriya "WhatsApp" messencerindəki statusuna görə Rusiya hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Qaynarinfo bu barədə ASTRA "Telegram" kanalına istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi iddia edir ki, o, Koreya dilində "Ukraynaya şöhrət!” sözlərini yazıb.
Viktoriyaya "faşist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının təbliğatı və ya ictimai nümayiş etdirilməsi federal qanunlarla qadağan edilən digər əşya və ya simvolların təbliği və ya ictimai nümayişi ilə bağlı maddəyə əsasən" inzibati protokol tərtib edilib.
Media qeyd edir ki, bu, bir Rusiya vətəndaşına qarşı təkcə yazıya görə deyil, messencerdəki statusa görə açılan ilk işdir.
Aydın