Ukraynada həlak olmuş müharibə iştirakçılarının həyat yoldaşları ölümündən sonra onlarla evlənə və vərəsəlik hüququnu, habelə ödənilməli olan bütün ödənişləri ala biləcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow News” nəşri Rusiya Dövlət Dumasına təqdim edilmiş qanun layihəsinə istinadən
yazır.
"Evlilik münasibətlərində olma faktı məhkəmə tərəfindən kişi və qadın ən azı üç il, ortaq uşaqları olduqda və ümumi təsərrüfat olduqda ən azı bir il birlikdə yaşadıqları halda məhkəmə tərəfindən müəyyən edilə bilər”, - qanun layihəsində deyilir.
Bu halda məhkəmə nikah münasibətləri faktının tanınması haqqında qərarda onların baş vermə anını göstərməlidir. Məhkəmənin bu faktı tanıması rəsmi nikahın bağlanmasına bərabər olacaq. Qanun layihəsində qeyd olunur ki, daha sonra onun haqqında məlumatlar Vətəndaşlıq vəziyyəti qeydlərinin vahid dövlət reyestrinə daxil ediləcək.
"Rusiya Federasiyasının Mülki Məcəlləsinin üçüncü hissəsinin qüvvəyə minməsi haqqında” federal qanuna dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsini Dövlət Dumasına aşağı palatanın dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşeninnikov, həmçinin senatorlar Andrey Turçak və Andrey Klişas təqdim ediblər.
Nizami Bağırov